Some text - Animated circle text -
Neotek elektrik kabel və naqilləri zavodu 2023 -cü ildən fəaliyyətə başlayıb.
Almaniya və Türkiyə istehsalı avadanlıqlarla təchiz olunmuş Neotek zavodunda qabaqcıl texnologiyanın tətbiqi ilə müxtəlif çeşiddə kabel və naqillər istehsal olunur. Məqsədimiz müasir istehsal xətti və qabaqcıl texnologiyaların tətbiqi ilə standartlara uyğun ekoloji təmiz, etibarlı, güvənli, məhsullarla istehlakçıları təmin etməkdir.
Keyfiyyət tələblərinə cavab verən məhsullarımızı güvənlə istifadə edə bilərsiniz. Neotek- gücümüz gücünüzdür!.
Elektrik kabeli istehsalında peşəkar yanaşma, yüksək texnologiya və keyfiyyət bizim əsas prioritetlərimizdir.
Yüksək keyfiyyətli xammal – İstehsalımızda yalnız yüksək keçiricilik qabiliyyətinə malik sertifikatlı məhsullardan, 99.9 % saf misdən istifadə edirik.
Müasir texnologiya və innovativ istehsal prosesi – Avtomatlaşdırılmış və dəqiq nəzarət sistemləri ilə təchiz olunmuş fabrikimizdə ən son texnologiyalar tətbiq edilir.
Yanğına və ekstremal şəraitə davamlı kabellər – Məhsullarımız yanğına davamlılıq, suya və kimyəvi təsirlərə qarşı müqavimət testlərindən keçirilir.
Standartlara uyğunluq – İstehsal etdiyimiz kabellər keyfiyyət standartlarına tam uyğundur.
Müştəriyönümlü həllər və geniş çeşid – Müxtəlif sahələr üçün xüsusi hazırlanmış kabel modellərimiz sənaye, tikinti, ev və kommersiya obyektlərində etibarlı enerji ötürülməsini təmin edir.
Sürətli və dəqiq istehsal prosesi – Müasir avadanlıqlar sayəsində sifarişləriniz operativ şəkildə hazırlanır və yüksək keyfiyyət zəmanəti ilə təqdim olunur.