Keyfiyyət

Keyfiyyət

NEOTEK-də keyfiyyət istehsalın son mərhələsində yoxlanılan nəticə deyil, bütün istehsal prosesini əhatə edən əsas idarəetmə prinsipidir.Keyfiyyətə nəzarət xammalın müəssisəyə qəbulundan başlayaraq telçəkmə, tavlama, bükmə, izolyasiya, dolğu, xarici örtük və qablaşdırma mərhələlərinin hər birində ardıcıl şəkildə həyata keçirilir. İstehsal prosesində istifadə olunan müasir laboratoriya avadanlıqları və ölçmə sistemləri vasitəsilə həm yarımfabrikatlar, həm də hazır məhsullar beynəlxalq standartlara uyğun yoxlanılır. Bu sistemli yanaşma istehsal prosesində mümkün uyğunsuzluqları vaxtında aşkar etməyə, məhsulun sabit keyfiyyətini qorumağa və istehlakçıya yüksək etibarlılığa malik kabel təqdim etməyə imkan verir.