H03VH-H elektrik kabelləri aşağı gərginlikli elektrik sistemlərində istifadə üçün nəzərdə tutulmuş elastik və yüngül kabellərdir. Bu kabellər əsasən işıqlandırma sistemlərində və kiçik elektrik cihazlarının enerji təchizatı üçün istifadə olunur.
Üstünlükləri
-Elastik quruluşu sayəsində rahat və asan montaj imkanı yaradır.
-Keyfiyyətli materiallardan, 99.9 % saf misdən hazırlandığı üçün uzunömürlüdür.
-PVC izolyasiya örtüyü elektrik sızmalarına qarşı yüksək səviyyədə qoruma təmin edir.
-Yüngül aşınmalara və mexaniki zərbələrə qarşı davamlıdır.
-TS EN 50525-2-13 standartının tələblərinə uyğun istehsal olunur.

